Novxanı qəsəbəsində yolun kənarındakı çuxur hər an qəzaya səbəb ola bilər - Sürücülər narahatdır
Abşeron rayonu Novxanı qəsəbəsindəki yolun kənarında yaranan dərin çuxur təhlükəli vəziyyət yaradır.
Patrul.az xəbər verir ki, “Gəncə Təndiri” obyektinin qarşısında yol örtüyünün çökməsi dərin çuxurun yaranmasına səbəb olub.
Görüntülərdə ərazidən keçən vətəndaşlardan birinin axşam saatlarında hərəkət edən nəqliyyat vasitələrinin təhlükəni vaxtında görə bilməsi üçün çuxurun kənarına karton qutu qoyduğu əks olunub.
Novxanı sakinləri bildirirlər ki, mövcud vəziyyət qəza riskini artırır və aidiyyəti qurumlar tərəfindən məsələyə təcili baxılmasını, çuxurun doldurulmasını xahiş edirlər.
Gülbəniz Səfərova






