Noyabrda ardıcıl 4 gün istirahət imkanı olacaq
Gələn ay ardıcıl dörd gün iş olmayacaq.
Patrulaz.az xəbər verir ki, 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Gününə təsadüf edir.
Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, hər iki gün şənbə və bazara düşdüyündən, noyabrın 10-u və 11-i də qeyri-iş günü olacaq.
Beləliklə, noyabrın 12-si Konstitusiya Günü bayramına təsadüf etsə də, iş günü hesab olunur və həmin tarixdən sonra iş fəaliyyəti bərpa ediləcək.
Qeyd edək ki, həm Konstitusiya Günü (12 noyabr), həm də Milli Dirçəliş Günü (17 noyabr) iş günü olan bayram günləri siyahısına daxildir.






