media-inshot_20250820_170656230

Azərbaycan Tramp administrasiyasının vasitəçiliyi ilə imzalanmış sülh bəyannaməsindən sonra milli təhlükəsizlik və texnologiya sahələrində ABŞ ilə daha sıx əməkdaşlıq qurmaq niyyətindədir.

Patrulaz.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim Axios-a müsahibəsində bildirib.

O qeyd edib ki, ölkə bundan sonra iqtisadiyyat, energetika, müdafiə, siyasət, təhsil, texnologiya və süni intellekt sahələrində işçi qruplarının yaradılması və əlaqələrin inkişafı üzərində çalışacaq.

Səfir həmçinin sülh prosesini irəlilətməsinə görə ABŞ prezidenti Donald Trampa minnətdarlığını bildirib və onun Nobel Sülh Mükafatına layiq olduğunu vurğulayıb:

“Bu çox qısa müddət ərzində – cəmi altı ay – o, başqalarının 30 ildən çox müddət ərzində edə bilmədiklərini edə bildi”.

Xəzər İbrahim mart ayında Azərbaycana səfər edən Stiv Vitkoffun rolunu da ayrıca qeyd edib.

media-inshot_20250820_170845351
Xəzər İbrahim

Bənzər xəbərlər