media-img-20260209-wa0060

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Abşeron rayon təşkilatına rəhbərlik edən Əhməd Əhmədov saxlanılıb.

Patrul.az-ın məlumatına görə, partiya funksioneri öz övladına fiziki zorakılıq tətbiq etməkdə ittiham olunur.

Ciddi bədən xəsarətləri alan övladın atası barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyi bildirilir. Daxil olan müraciət əsasında faktla bağlı cinayət işi açılıb və Ə.Əhmədov istintaqa cəlb edilərək tutulub.

Məhkəmə prosesində çıxarılan qərara əsasən, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilib.


Bənzər xəbərlər