media-img_20250901_181717_388

“Ermənistan Respublikası əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmək istəyir və biz onları ən qısa zamanda həyata keçirməyə qərarlıyıq”.

Patrulaz.az xəbər verir ki, bunu Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O çıxışındə ABŞ-də Bakı ilə əldə olunmuş bütün razılaşmaları nəzərdə tutaraq, bunlara sadiqliyini qeyd edib.

Dövlət başçısı, həmçinin Azərbaycanla ikitərəfli əlaqələrin davam etdiriləcəyini də bildirib. O, qonşu ölkələr üçün də logistik imkanların olacağını söyləyib.

“Bütün bunların nəticəsində yalnız Ermənistan və Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq əlaqələr açılmayacaq, həmçinin bütün Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələri üçün, o cümlədən Azərbaycanla qonşu olan ölkələr üçün yeni logistika imkanları yaradılacaq,” – deyə Ermənistanın Baş naziri qeyd edib.


Bənzər xəbərlər