media-inshot_20250818_204715351

Ermənistanın baş naziri Nikol Paşinyan  vətəndaşlarına müraciətində bildirib ki, Azərbaycanda saxlanılan ermənilərin geri qaytarılması məsələsi sülh gündəliyində ayrıca müzakirə edilmir.

Patrulaz.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, bu məsələ sülh müqaviləsinə daxil edilsəydi, vətəndaşlarının geri qaytarılması prosesi ləngiyəcəkdi:

“2022-ci ilin yazında danışıqlar başladı. Biz bu məsələnin sənədə daxil edilməsi üçün cəhdlər göstərdik, lakin anladıq ki, əgər belə olsa, məhbusların geri qaytarılması yalnız sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra mümkün ola bilərdi. Bu isə prosesi uzadacaqdı. Ona görə də biz bu variantı qəbul etmədik”,- deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, məhz bu yanaşmanın nəticəsi olaraq indiyədək 58 erməni vətəndaşı Ermənistana qaytarılıb.

Paşinyan həmçinin vurğulayıb ki, məhbuslarla bağlı işlər sülh sazişindən kənar, diplomatik kanallar vasitəsilə həyata keçirilir:

“Biz indiyədək 50-dən çox vətəndaşımızı danışıqlar yolu ilə geri qaytara bilmişik və bu istiqamətdə səylərimizi davam etdiririk”.


Bənzər xəbərlər