media-img-20260106-wa0046

Son günlər bir çox vətəndaş taksi xidmətlərindən istifadə zamanı eyni problemlə üzləşir.

Belə ki, bəzi taksi sürücüləri ödənişin kartla həyata keçiriləcəyini öyrəndikdən sonra sifarişi qəbul etməkdən imtina edir və ya müxtəlif bəhanələrlə sərnişindən sifarişi ləğv etməsini tələb edirlər.

Patrul.az-a bu məsələ ilə bağlı narazılığını dilə gətirən sərnişinlərdən biri “Bolt” taksi xidmətindən sifariş verdiyini bildirib. Onun sözlərinə görə, sürücü ünvanı soruşduqdan dərhal sonra ödənişin nağd deyil, kartla olacağını öyrənib və sifarişin ləğv edilməsini istəyib. Bundan əlavə, sifarişin sürücü tərəfindən ləğvi də gecikdirilib və bununla sərnişin gözləmək məcburiyyətində də qalıb.

O, qeyd edib ki, artıq 10-cu dəfədir eyni vəziyyətlə qarşılaşır.

Üzərində nəğd pulu olmayan, yalnız bank kartı ilə ödəniş etmək istəyən sərnişinlər, xüsusilə gecə saatlarında taksi sifariş edərkən sürücülərin yalnız nağd ödəniş tələbi səbəbindən çətin vəziyyətdə qalırlar.

Maraqlıdır ki, sürücülər niyə ən sadə və rahat ödəniş üsullarından biri olan kartla ödənişi qəbul etmək istəmirlər. Bu hal taksi şirkətinin daxili qaydaları ilə bağlıdır, yoxsa sürücülərin özbaşına davranışıdır?

Məsələ ilə bağlı “Bolt” taksi şirkətinin mövqeyini öyrənməyə çalışacağıq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər