media-inshot_20251212_130903188

Bakının Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında yerləşən binaya siçovullar darışıb.

Patrul.az “Xəzər Xəbər”ə istinadən bildirir ki, siçovullar avtomobillərin su və yanacaq borusunu gəmirərək yararsız hala salıb.

Burdakı yaşayış binasında yaşayan sakinlər 2 aydır ki, siçovullarla mübarizə apardıqlarını deyirlər.

Sakinlərin sözlərinə görə, binanın ətrafına məişət tullantıları atıldığı üçün siçovullar burada məskən salıb.


Bənzər xəbərlər