Rollar dəyişdi: Bu dəfə it yox, insan hücum etdi - VİDEO
Patrul.az redaksiyasına göndərilən videogörüntülərdə üç nəfər şəxsin küçədə sakitcə oturan bir itin üzərinə getdiyi əks olunub.
Kadrlardan görünür ki, heyvan heç kimə təhlükə yaratmadığı halda ona qarşı aqressiv davranış sərgilənir. Bu cür hərəkətlər cəmiyyətdə haqlı narazılıq doğurur. Heyvanlara qarşı səbəbsiz zorakılıq və qəddarlıq nə qanun, nə də vicdan baxımından qəbulolunandır.
Unutmayaq ki, küçə heyvanlarına qarşı mərhəmətli davranmaq hər birimizin insani borcudur. Onlara qarşı zorakılıq göstərmək problemi həll etmir, əksinə cəmiyyətin dəyərlərinə zərbə vurur.






