media-kaza-aa-2474240_2

Türkiyənin Kırıkkale şəhərində 40 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saat 05:00 radələrində Kaman-Ankara magistral yolunun Karakeçili rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Tekirdağdan Kayseri istiqamətinə hərəkət edən “38 ADF 410” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

İlkin ehtimala görə, qəzaya səhər saatlarında havanın rütubətli olması səbəbindən yolun qəfildən sürüşkənləşməsi səbəb olub.

Qəza nəticəsində avtobusda olan 41  nəfərdən biri ölüb, (38 sərnişin, 2 sürücü və 1 bələdçi) digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə dərhal xilasedicilər, jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Kırıkkaledəki İhtisas və Tibb Fakültəsi xəstəxanalarına yerləşdiriliblər.

Faktla bağlı araşdırma başladılıb, avtobus sürücüsü polis tərəfindən saxlanılıb.


Bənzər xəbərlər