media-inshot_20260218_105000365

Xətai və Nizami rayonu üzrə bəzi ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Patrul.az-a məlumat verilib.

Bildirilib ki, qaz tənzimləyici qovşağın quraşdırılması işləri ilə əlaqədar 18.02.2026-cı il saat 09:30-dan işlər başa çatanadək Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.Çobanzadə küçəsinin və NZS qəsəbəsində Yavar Səfərov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Bənzər xəbərlər