media-inshot_20251210_082124843

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Patrul.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

11. Aeroport şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

12. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

15. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

16. Babək prospekti, mərkəz istiqamətində;

17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

19. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

20. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

media-649ef5cf-4c1a-4568-a824-c06ee4fbf43f media-31d6e2a0-1d5c-4313-90d4-2a58d9c518f7 media-a81dd2d8-4e4b-472e-ac8b-32eb8c5ab309 media-6722c49c-9c2e-4983-be1d-3bb4e6854cdc media-62a23e8f-d4ef-4532-9506-8ce9ef452abf


Bənzər xəbərlər