media-1115cdaa-7a8f-454f-a05d-f11237856f83

Patrul.az redaksiyasına daxil olan məlumata görə, paytaxtın mərkəzində – “Azure Biznes Mərkəzi”nin yaxınlığında yerləşən piyada səkisində çökmə baş verib.

Səkinin müəyyən hissəsində torpaq boşluğu yaranıb və səthdə ciddi deformasiya var. Bu isə ərazidən istifadə edən piyadalar üçün birbaşa risk yaradır.

Redaksiyamıza göndərilən görüntülərdə də aydın görünür ki, hər an həmin hissənin tam çökmə ehtimalı var. Bu halda oradan keçən şəxslərin xəsarət alması qaçılmaz ola bilər.

Əraziyə gündəlik istifadə edən vətəndaşlar problemin getdikcə daha təhlükəli hal aldığını bildirərək, aidiyyəti qurumların dərhal müdaxilə etməsini tələb edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini işıqlandırmağa hazırıq.

media-ee60414b-c1c8-432b-8a17-761874c891cb media-b780323f-2347-4770-a423-cae10c9a4d8a


Bənzər xəbərlər