Pekin paradında səmimi anlar: Mehriban Əliyeva və Pezeşkianın qızı bir arada
Çinin paytaxtı Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş möhtəşəm parad keçirilib.
Patrulaz.az xəbər verir ki, tarixi tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, həmçinin İran prezidenti Məsud Pezeşkian və onun qızı Zəhra Pezeşkian iştirak ediblər.
Parad zamanı dünya liderləri və onların ailələri arasında səmimi görüntülər qeydə alınıb. Xüsusilə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkianla birlikdə kadrlara düşmüş səmimi görüntüləri sosial mediada böyük marağa səbəb olub.
Qeyd edək ki, Zəhra Pezeşkianla Mehriban Əliyevanın ilk görüşündə bir-birlərini qucaqlayaraq səmimi qarşılanmaları diqqət çəkmişdi. Eyni zamanda, bu görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın saymazyana hərəkəti isə tənqid edilmişdi.







