media-kartinka-po-teme

2025-ci ilin ilk dörd ayında ölkədə pensiya xərclərində əhəmiyyətli artım qeydə alınıb.

Patrulaz.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı statistikaya əsasən, bu ilin yanvar-aprel aylarında fondun ümumi xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 231 milyon manat artaraq 2 milyard 501 milyon manata çatıb. Artımın əsas səbəbləri sırasında yeni sosial paketlərin icrasına başlanması və pensiya təyinatlarının çoxalması yer alır. Qeyd olunur ki, təkcə bu ilin əvvəlində 17 500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub.

Qeyd edək ki, 2025-ci il üçün DSMF-nin təsdiqlənmiş illik büdcəsində də artım nəzərdə tutulmuşdu. Belə ki, 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərclər bu il üçün 7 milyard 676 milyon manata yüksəlib ki, bu da təxminən 10 faizlik artım deməkdir.

Eyni zamanda, fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur. Yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13 faiz çox olmaqla 2 milyard 715 milyon manata çatıb.


Bənzər xəbərlər