Pezeşkiandan Bakı səfərinə görə tənqidlərə cavab: "Azərbaycan bizə doğmadır!"
Bu gün İran Prezidenti Məsud Pezeşkian Zəngana səfəri çərçivəsində Azərbaycanla münasibətlərə dair mühüm açıqlama verib.
Patrulaz.az “SNN.ir”a istinadən xəbər verir ki, Pezeşkian Bakıya son səfəri ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirərək, bu səfərin zəruri və təbii olduğunu vurğulayıb:
“Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır?”, – deyə o bildirib.
İran Prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibətlər formalaşmırsa, bu vəziyyətə görə məsuliyyət birbaşa Tehran rəhbərliyinin üzərinə düşür:
“Əlaqə yaradılmayıbsa, günah bizdədir”.
Gülbəniz Səfərova






