Nasaz yol işıqları - Pirşağı yolunda gecə sürücüləri narahat edən problem - VİDEO
Pirşağı yolunda yerləşən işıq dirəklərində lampaların yanıb-sönməsi sürücülər üçün ciddi narahatlıq yaradır.
Patrul.az xəbər verir ki, sözügedən vəziyyət gecə saatlarında avtomobil idarə edən şəxslərin diqqətini yayındırır, görmə imkanını zəiflədir və qəza riskini artırır.
Sürücülər bildirirlər ki, yol boyu ardıcıl şəkildə yanıb-sönən işıqlar göz yorğunluğuna səbəb olur və təhlükəsiz hərəkəti çətinləşdirir.
Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi və nasazlığın aradan qaldırılması xahiş olunur.






