Piyadaların yolunu bağlayan işıq dirəyinin yeri dəyişdiriləcək - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən səkilərin mövcud vəziyyəti piyadaların hərəkətinə ciddi maneə yaradırdı.
Belə ki, səkinin bir hissəsi beton tökülərək zəbt edilib, digər hissəsi isə dəmir hasarla bağlanıb. Bundan əlavə, səkinin müəyyən hissəsi küçə işıqlandırılması üçün quraşdırılmış dirək tərəfindən tutulub.
Patrul.az piyadaların səki üzərindən təhlükəsiz və rahat keçidinin təmin olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, yaxın gələcəkdə piyada səkisinin genişləndirilməsi və ərazidə yerləşən işıq dirəyinin yerinin dəyişdirilməsi nəzərdə tutulur:
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən bildirilib ki, sözügedən ərazidə uzun illər öncə yol genişləndirilməsi nəticəsində belə hal müşahidə olunmuşdur. Gələcəkdə piyada səkisinin genişləndirilməsi zamanı ərazidəki işiq dirəyinin yerinin dəyişdirilməsi nəzərdə tutulmuşdur”.

Gülbəniz Səfərova






