Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Pekində qala-ziyafətində - VİDEO
Çində İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş qala-ziyafət təşkil edilib.
Patrulaz.az xəbər verir ki, sentyabrın 3-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Penq Liyuanın adından İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və onların həyat yoldaşlarının şərəfinə qala-ziyafət verilib.
Tədbir çərçivəsində konsert proqramı da təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da qala-ziyafətdə iştirak ediblər.






