media-e6b0608e-320b-49a0-8e51-39c3a790a97c

Uzunmüddətli tətildən sonra işə qayıtmaq bəzən insanlar üçün çətin ola bilər. Maraqlıdır ki, tətildən sonra iş rejiminə uyğunlaşmaq üçün nə etmək lazımdır?

media-img_8285

Bu barədə Patrulaz.az-a psixoloq Fidan Nizamova açıqlama verib:
“Çox zaman uzunmüddətli tətildən sonra insanlar əksinə depressiyaya düşür. Çünki, insan kifayət qədər dincəldiyi üçün bədən və zehində mental olaraq rahatlıq yaşayır. İşə qayıtdıqda isə sanki boşluğa düşmüş kimi olur və adaptasiyası çətin olur. Tövsiyyə olunur ki, tətil ərəfəsindəki əyləncə və istirahətdən sonra iki-üç gün də evdəki gündəlik həyat tərzinə adaptasiya olunaraq iş rejiminə keçilsin. Çünki, qəfil iş həyatına keçid depressiya hallarını çoxaldır. Həmçinin, istirahət üçün insan özünə kiçik hesabat da verməlidir ki, istirahət daimi deyil, müəyyən müddətlidir. Dediyim kimi, dərhal işə keçid olduqda depresiyya yaşanır, hətta işdəki məhsuldarlıq da aşağı düşür. Belə insanlara da çox vaxt “sən tətildən gəlmirsən, heç dincələnə oxşamırsan”, deyirlər. Əslində isə tam tərsidir, çox dincəldiyi üçün gündəlik həyata fokuslana bilmir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər