Putin: "Azərbaycanla münasibətlərdə hər şey yoluna düşəcək”
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla mövcud münasibətlərdəki gərginliklər barədə açıqlama verib.
Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında Azərbaycanla münasibətlərdə problemlərin mövcud olduğunu qeyd edib və zamanla onların həll olunacağına əminliyini bildirib:
“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə müəyyən suallar yaranır. Azərbaycanla münasibətlərdə problemlər var, amma hər şey yoluna düşəcək, buna əminəm”, – deyə Putin bildirib.
Rusiya lideri həmçinin, Çinin paytaxtı Pekində İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Prezident İlham Əliyevlə baş tutan görüşündən də danışıb:
“Bu gün prezident Əliyevlə mən bir-birimizi salamladıq, mən onu və xanımını salamladım. Bir neçə kəlmə danışdıq, amma inanıram ki, əsas məsələ Azərbaycanla Rusiya arasında münasibətlər və onların inkişafında qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq”, – deyə Rusiya lideri əlavə edib.
Gülbəniz Səfərova






