media-404179

Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüyü barədə məlumat verilmişdi.

Patrulaz.az “Publika.az”a istinadən xəbər verir ki, Paşinyan Putinlə görüşmək üçün az qala gecə yarısına qədər gözləməli olub.

Belə ki, sentyabrın 25-də Putin Efiopiyanın baş naziri Abiy Əhməd və Myanma prezidenti vəzifəsini icra edən Min Aunq Hlainqlə danışıqlar aparıb. Rusiya lideri Beynəlxalq Atom Enerjisi Agentliyinin ( MAQATE ) baş direktoru Rafael Qrossi ilə də görüşüb. Beləliklə, erməni siyasətçi sentyabrın 26-da az qala saat 01:00-a qədər gözləməli olub.

“Bir-birimizi bu yaxınlarda görsək də, həmişə danışacaq bir şeyimiz var, lakin buna baxmayaraq, sizi Moskvada görməyə çox şadıq”, – Putin deyib.

Görüşdə Rusiya tərəfdən baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Dmitri Lyubinski, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev iştirak ediblər.


Bənzər xəbərlər