Qaradağda sərnişin avtobusu qəzaya uğradı: Ölən və yarlananlar var - VİDEO
Bu gün Qaradağ rayonunda sərnişin avtobusu qəza edib.
Patrul.az “Milli.az”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində, Lökbatan–Çeyildağ–Lökbatan istiqamətində baş verib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) ilkin tibbi yardım göstərilib və Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.






