Qərbi Kaspi Universitetində 375 AZN mübahisəsi: tələbələr hüquqlarının pozulduğunu deyir - VİDEO
Daha əvvəl Patrul.az tərəfindən “Qərbi Kaspi” Universiteti ilə bağlı iki ayrı şikayət ictimailəşdirilmişdi. Tələbələr iddia edirdilər ki, dövlət sifarişi ilə təhsil alsalar da, onlardan 375 AZN məbləğində ödəniş tələb olunur. Bildirilirdi ki, bu məbləğin ödənilmədiyi halda imtahanlara buraxılmamaq və kəsilmə ilə hədələnirlər.
Eyni zamanda, digər müraciətlərdə fevral və mart aylarına aid təqaüdlərin ödənilmədiyi, buna baxmayaraq təhsil haqqının gecikdirilməsi ilə bağlı sərt xəbərdarlıqlar edildiyi qeyd olunurdu.
Məsələni yerində araşdırmaq üçün Patrul.az komandası Qərbi Kaspi Universitetinə yollanıb. Əldə olunan görüntülər və tələbələrin iddiaları hazırlanmış süjetdə daha ətraflı təqdim olunur:






