media-b5c29597-7c09-4fba-9bd5-89342b19c43f

Patrul.az redaksiyasına daxil olan müraciətdə tələbələr Qərbi Kaspi Universiteti ilə bağlı narazılıqlarını ifadə ediblər.

İddialara görə, fevral və mart aylarına aid təqaüdlər hələ də tələbələrə ödənilməyib. Müraciətdə bildirilir ki, buna baxmayaraq, universitet rəhbərliyi tərəfindən illik təhsil haqqının gecikdirilməsi halında tələbələrin jurnaldan silinəcəyi ilə bağlı xəbərdarlıqlar edilir.

Tələbələr yaranmış vəziyyətin onların sosial durumuna mənfi təsir etdiyini qeyd edir və məsələnin operativ şəkildə həll olunmasını istəyirlər. Onlar həmçinin təqaüdlərin gecikməsinin səbəbləri ilə bağlı rəsmi açıqlamanın verilməsini vacib hesab edirlər.

Qeyd olunan iddialarla bağlı Qərbi Kaspi Universiteti-nin mövqeyini öyrənməyə və qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.


Bənzər xəbərlər