Qəzzaya humanitar yardım apararkən saxlanılan iki Azərbaycan vətəndaşı sərbəst buraxılıb - RƏSMİ
Qəzzaya humanitar yük aparan gəmidə İsrail tərəfindən saxlanılan iki Azərbaycan vətəndaşı sərbəst buraxılıb.
Patrulaz.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “APA”nın sorğusuna cavab olaraq deyib.
“Onlar təyyarə ilə Türkiyəyə yola salınıb”, – o əlavə edib.
Xatırladaq ki, Qəzzaya gəmi vasitəsilə humanitar yardım aparan şəxslər İsrail tərəfindən saxlanılmışdı. Onların arasında Türkiyədə çalışan və gəmidə ekipaj üzvü kimi fəaliyyət göstərən iki Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə də olub.






