media-inshot_20251006_165115135

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Patrulaz.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

media-17597508485611254934_1200x630_1759751231 media-17597508485721545454_1200x630_1759751231


Bənzər xəbərlər