media-photo-output

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib.

Patrulaz.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı.

Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verildi.

media-img_6218 media-img_6222 media-img_6217 media-img_6216 media-img_6221 media-img_6220 media-img_6219


Bənzər xəbərlər