media-inshot_20250808_175125212

Rumıniya ölkəsində Rusiyanın Azərbaycan neftini çirkləndirməsi ilə bağlı məlumat yayıb.

Patrulaz.az “Bez Tormozov” teleqram kanalına əsasən xəbər verir ki, rəsmi Buxarest Rusiyanı OMV Petrom şirkətinin neft emalı zavoduna tədarük edilən Azərbaycan neftini qəsdən çirkləndirməkdə şübhəli olduğunu açıqlayıb.

İddialara əsasən, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan xammalda yüksək miqdarda xlor aşkarlanıb. Bu, zavod avadanlıqlarında ciddi zədələnmələrə səbəb ola biləcək təhlükə kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Rumıniya hökuməti enerji sahəsində fövqəladə vəziyyət elan edib və strateji ehtiyatlardan istifadəyə başlayıb.

Çirklənmə faktı BTC kəməri tərəfindən də təsdiqlənib. İtaliyanın ENI və Çexiyanın Orlen Unipetrol neft emalı zavodları da analoji vəziyyətdən təsirlənərək xammal emalını müvəqqəti dayandırıb.


Bənzər xəbərlər