media-inshot_20250807_161026840

Rusiya mediası Azərbaycana qarşı təxribatlı sözlərini davam etdirdiyi bir vaxtda gərginləşməkdə olan münasibətlər daha da geniş miqyas almağa başlayıb. Bunun əyani subutlarından biri də Rusiyanın avqustun 6-da Azərbaycan qazının Ukraynaya nəql olunduğu stansiyaya zərbə endirməsidir. Görünür, Rusiya ölkəmizin enerji siyasətindəki işlərinə də mane olmaq istəyir. Bu yetməmiş kimi, zərbədən sonra rusiyalı aparıcı Ruslan Ostaşko ölkəsinin addımını “Bakıya ünvanlanmış siqnal” kimi qiymətləndirərək, Azərbaycanı təhdid edib. Bəs maraqlıdır ki, Rusiya həqiqətən də bu addımı ilə nə mesaj ötürmək istəyir?

Bu barədə Patrulaz.az öz fikirlərini politoloq Turan Rzayev bölüşdü. Politoloqun fikrincə, Rusiyanın bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:

“Rusiyanın Ukrayna qaz ixracı sənayesinə zərbəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ümumiyyətlə, Rusiya Azərbaycanın Avropaya qaz nəql etməsindən narahatdır. Çünki ildən-ilə Avropaya qaz nəqlini artıran və bu məqsədlə region ölkələrlə əməkdaşlıq edən bir Azərbaycan faktoru var. Həmin bu boru kəməri Rusiya ərazisindən deyil, birbaşa TAP layihəsi üzrə Yunanıstandan Ukraynaya gedən ötürücü kəmərdir. Bununla da, Rusiya faktiki olaraq göstərdi ki, Ukraynaya qarşı hücumlarında heçbir beynəlxalq hüquq və normativləri qəbul etmir. Nəticədə müharibədə bütün addımları atır”.

T. Rzayev Rusiya-Ukrayna müharibəsi kontekstində Azərbaycanın mövqeyinə toxunaraq bildirib ki, ölkəmiz işğalçı tərəfin kim olduğunu yaxşı bilir və bu məsələdə mövqeyi qətidir.

Onun sözlərinə görə, Vaşinqtondakı görüşlər başa çatdıqdan sonra Azərbaycanın diqqəti Rusiyanın son addımına yönələcək və rəsmi Bakı adekvat reaksiya verəcək:

“Əlbəttə ki, baş vermiş bu hadisə hazırda gərginləşməkdə olan Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. Amma hazırda Bakının gündəmində Ermənistanla sülh müqaviləsi dayanıb və bu istiqamətdə Vaşinqtonda iki gün ərzində görüşlər keçiriləcəkdir. Hələlik Azərbaycan diqqətini bu proseslərə yönəldib. Bu görüşlərdən sonra isə Bakının diqqəti Rusiyanın atmış olduğu addıma yönələcək və bu məsələdə adekvat cavablar veriləcəkdir. Amma bütün hallarda ölkəmiz enerji siyasətini davam etdirir, Ukraynanın da ərazi bütövlüyünü tanıyır. Faktiki olaraq, bu müharibədə Azərbaycan işğalçı dövlətin hansı olduğunu çox yaxşı da bilir. Belə olan təqdirdə də atılan bu addına Bakının cavabı yəqin ki, gecikməyək və siyasi bəyanat veriləcəkdir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər