Rusiya təbliğatçısından hədə: “Ukraynadan sonra Azərbaycanla məşğul olacağıq”
Rusiyalı politoloq Pavel Danilin Azərbaycanın ünvanına sərt və hədə dolu açıqlamalar səsləndirib.
Patrulaz.az xəbər verir ki, Danilin Rusiya-Ukrayna müharibəsinin başa çatdıqdan sonra Moskvanın Azərbaycana qarşı addımlar atacağını bildirib:
“SVO çox güman ki, gələn il başa çatacaq. Və sonra biz Bakıya hər şeyi xatırladacağıq: vətəndaşlarımıza, bizneslərə, QHT-lərə, jurnalistlərə və geosiyasi maraqlarımıza təzyiq”, – deyə ekspert hədələyici ifadələr işlədib.
Politoloq, həmçinin Azərbaycanı, Moskvanı regionda sıxışdırmaqla ittiham edib. O ölkəmizə hədə-qorxu gələrək, Rusiyanın bunları unutmayacağını bildirib:
“Moskva Bakının Rusiya qarşısında hansı mövqe tutduğunu yaxşı yadda saxlayır. Azərbaycan düşünməsin ki, bu addımlar cavabsız qalacaq”.






