Rusiya XİN sözçüsü: "Azərbaycan Bakıda saxlanılan rusları azad edərsə..."
“Rusiya vətəndaşlarının azad edilməsi ölkələr arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq”.
Patrulaz.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.
Zaxarova Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azad olunmasının ölkələr arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılması üçün mühüm siqnal olacağını və etimadın möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
O, həmçinin qeyd edib ki, rusların azad edilməsi məsələsi iki dövlət arasında münasibətlərin normallaşması yolunda əsas elementlərdən biri hesab olunur.
Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin də Azərbaycanla münasibətlərdə mövcud çətinliklərə baxmayaraq, vəziyyətin normallaşacağına ümid etdiyini açıqlamışdı.






