Rusiyada Azərbaycan diasporunun rəhbəri seçkilərdən geri çəkilməyə məcbur edilib
Rusiyanın İvanov şəhərində Azərbaycan diasporunun rəhbəri seçkilərdən çəkilməyə məcbur edilib.
Patrulaz.az “Minval Politika”ya istinadən xəbər verir ki, Rusiya Federasiyasının İvanovo vilayətində yerli Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov şəhər şurasına keçirilən seçkilərdə iştirakdan imtina etməyə məcbur olub.
Məlumata görə, Məmmədova qarşı etnik zəmində genişmiqyaslı qarayaxma kampaniyası aparılıb.
Qeyd olunur ki, z-faşist qruplar onun milliyyətinə görə təzyiq göstərərək, İvanovo Vilayəti Şəhər Dumasına keçirilən seçkilərdə iştirak etməməsi üçün zor tətbiq ediblər.
Hadisə yerli Azərbaycan icması arasında narazılıqla qarşılanıb.






