media-inshot_20250917_144851301

Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından məhrum edilib.

Patrulaz.az xəbər verir ki, buna səbəb kimi onun uzun illər köklənən “kölgə sxemləri”, o cümlədən qeyri-qanuni miqrasiyanın və kontrafakt məhsulların ört-basdır edilməsində əlaqələrinin olması göstərilib.

Bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Həsənov Rusiya vətəndaşlığını 2000-ci illərdə alıb.

Qeyd edək ki, Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri seçilib.

Xatırladaq ki, bundan əvvəl də Çelyabinsk və Moskva vilayətində fəaliyyət göstərən azərbaycanlı diaspor təşkilatlarının rəhbərləri vətəndaşlıqdan məhrum olunublar.


Bənzər xəbərlər