media-ll76ba8ssakw6lbwtswdwd5eofkepavmtlomaltp-720x403

Rusiyada azərbaycanlı iş adamı həbs edilib.

Patrulaz.az xəbər verir ki, Kubandakı Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodar şəhərində fəaliyyət göstərən “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov saxlanılıb.

Rusiya mətbuatının məlumatına görə, o, 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhd ittihamı ilə təqsirləndirilir.

Hazırda Novruzov barəsində cinayət işi açılıb və istintaq aparılır.


Bənzər xəbərlər