media-inshot_20251010_120456207

Satira Teatrının keçmiş direktoru Məmədəli Ağayev ev dustaqlığına buraxılıb.

Patrulaz.az “Mash”a əsasən xəbər verir ki, Məmədəli Ağayevin sərbəst buraxılması Bakıdakı “Sputnik Azərbaycan” jurnalisti İqor Kartavyxın azad olunması ilə əvəz edilib.

Xatırladaq ki, Rusiya paytaxtının Taqansk Rayon Məhkəməsi Ağayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham irəli sürmüşdü. Ona 10 ilə qədər həbs cəzası verilməsi gözlənilirdi. Həmçinin, Ağayevin və yaxın qohumlarının bank hesabları da dondurulmuşdu.

Qeyd edək ki, Ağayev 1992–2021-ci illərdə Satira Teatrının direktoru olub və teatr ssenarilərinin müəllif hüquqları ilə bağlı saxtakarlıqda şübhəli bilinib.


Bənzər xəbərlər