Rusiyalı deputat: "Zəngəzur dəhlizi Transqafqazda qüvvələr balansını dəyişir"
Zəngəzur dəhlizinin ABŞ nəzarətinə keçməsi Transqafqazda siyasi dönüş nöqtəsidir.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə keçməsinin Transqafqazda çox mühüm siyasi addım olduğunu bildirib.
“Bu, çox vacib məqamdır. Artıq Tramp dəhlizi adlandırılan və Transqafqazda qüvvələr balansını dəyişən Zəngəzur dəhlizi çox mühüm siyasi addımdır. Bu, İranın maraqlarını xeyli poza bilər, Türkiyənin mövqeyini xeyli yüksəldə bilər və bütün bunlar Rusiyanın mütləq iştirakı olmadan ABŞ-ın nəzarəti altındadır. Bu, Çinin və qonşu ölkələrin təbii maraqlarına təsir göstərir. Zaqafqaziya”, – deyə deputat bildirib.
Qeyd edək ki, 8 avqust tarixində ABŞ Prezidenti Donald Tramp, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev İrəvan və Bakı arasında münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar. Sənədə əsasən, Zəngəzur dəhlizinin bir hissəsi 99 illik müddətə Amerika şirkətinə verilib və onun təhlükəsizliyini ABŞ-nin özəl hərbi şirkətləri təmin edəcək.






