Rusiyalı jurnalistdən Azərbaycana qarşı təxribat: "Qarabağ" uydurma "Arsax" adlandırıldı
Rusiyanın “Komsomolskaya Pravda” nəşrinin hərbi müxbiri Aleksandr Kots Azərbaycana qarşı təxribat xarakterli ifadələr işlədib.
Patrulaz.az “Bez Tormozov” teleqram kanalına əsasən xəbər verir ki, jurnalist Azərbaycanın bir hissəsini erməni separatçılarının uydurması olan və beynəlxalq səviyyədə tanınmayan “Arsax” kimi təqdim edib.
Kots bununla kifayətlənməyərək, Prezident İlham Əliyevin ünvanına da hörmətsiz ifadələr işlədib.
Xatırladaq ki, Ermənistanın işğalçılıq siyasəti dövründə Rusiya separatçılara siyasi və hərbi dəstək göstərmişdi.
İkinci Qarabağ müharibəsi zamanı isə Aleksandr Kots və Semyon Pegov kimi Rusiya jurnalistləri bölgəyə ezam olunaraq informasiya müharibəsi aparmış və ermənipərəst mövqedən çıxış etmişdilər.
Jurnalistin çıxışını təqdim edirik:






