media-inshot_20250814_183419612

Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərgin olduğu bir vaxtda rusiyalı təbliğatçı, telejurnalist Vladimir Solovyov ölkəmizə qarşı yenidən təxribatlı sözlər işlədib.

Patrulaz.az xəbər verir ki, telejurnalist “Full Contact” verilişində “Azərbaycanda ləzgilərin hüquqları uğrunda mübarizə” çağırışı edib və faktiki olaraq onları hərbi əməliyyatlara təşviq edib.

Xatırladaq ki, bu Solovyovun Azərbaycana qarşı ilk təxribatı deyil. Daha əvvəl də azərbaycanlıları və Prezident İlham Əliyevi təhqir edən təbliğatçı, ölkəmizə qarşı terror çağırışları və etnik qrupları qızışdırmaq cəhdlərini davam etdirir.

Onun nitqinin təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər