ŞAD XƏBƏR: Bütün sosial ödənişlər bu tarixdə veriləcək
Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl – martın 13-də ödənilməsi nəzərdə tutulub.
Patrul.az xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat yayılıb.
Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.






