media-inshot_20250901_130204761

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

Patrulaz.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.

Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə olunan müsbət dinamikanı qeyd edib.

Görüşdə, həmçinin tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.


Bənzər xəbərlər