Şəhid və anasının məzar daşı sındırıldı
Siyəzən rayonu, Məşrif kəndində baş verən təəssüfverici hadisə cəmiyyətdə böyük narahatlıq doğurub.
Patrulaz.az-ın məlumatına görə, kənd qəbrstanlığında şəhidin və anasının məzar daşı sındırılaraq yerə atılıb. Bu hadisə, şəhidlərə və onların ailələrinə göstərilən hörmətin və dəyərin pozulması anlamına gəlir.
Məzar daşlarının bu şəkildə təhqir edilməsi yalnız ailə üzvləri üçün deyil, həm də bütün cəmiyyət üçün böyük bir təhqirdir. Şəhidlərimiz və onların ailələri bizim qürur mənbəyimizdir və onların xatirəsinə hörmət göstərmək hər birimizin vəzifəsidir.
Şəhidlərə və onların ailələrinə hörmət göstərmək hər birimizin borcudur və aidiyyatı qurumların dərhal bu məsələyə müdaxilə edərək, məzar daşlarının bərpası və bu cür hadisələrin təkrarlanmaması üçün lazımi tədbirləri görməsi gözlənilir.