media-inshot_20250908_075130483

Bakıda şəhidlərə hörmətsizlik edən daha bir xarici vətəndaşın görüntüləri ortaya çıxıb.

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, iranlı bloger Milad Hadinezhad Şəhidlər xiyabanında qeyri-etik hərəkətlərini əks etdirən video çəkib.

Bloger bununla kifayətlənməyərək, videosunu sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, o həmçinin, Şəhidlər Xiyabanında yerləşən “Əbədi Məşəl” abidəsi barədə də həqiqətə uyğun olmayan məlumatlar yayıb.

Qeyd edək ki, Milad Hadinhezhad İranda məşhur blogerdir. Onun bu addımı Azərbaycanda geniş ictimai narazılığa səbəb olub.

Xatırladaq ki, bu ilin avqustun 13-də Şəhidlər Xiyabanında üç ərəb turist nalayiq hərəkətlər edərək çəkdikləri videogörüntüləri sosial şəbəkələrdə paylaşmışdı. Nəticədə həmin şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi (qəbir üzərində təhqiredici hərəkətlər) ilə cinayət işi başlanıb və hər üç şəxs istintaqa cəlb olunub.


Bənzər xəbərlər