Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qasımalılar kəndində olub.
Belə ki, “VAZ-2106” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.
Qəzada bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır






