media-inshot_20250725_172354345

Ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.

Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblər yumşaldılıb. Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.

Bundan başqa, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq.

Əmlak üzrə ekspert Anar Nəsirov Patrulaz.az-a açıqlamasında bildirib ki, uzun zamandır gözlənilən bu fərman ilə Bakı, Abşeron və Xırdalan ərazisində təxminən 100 minə yaxın əmlak çıxarışla təmin ediləcək:

media-inshot_20250725_171946176

“2001-ci ilədək sovxoz, kovxoz və ya dövlət qurumları tərəfindən arxiv sənədləri verilmiş, eyni zamanda əkin üçün yararsız olan torpaq sahələri amnistiya siyahısına əlavə ediləcək. Lakin həmin mülkiyyətin özəlləşdirilməsi üçün qadağan olunmuş yerdə tikilməməsi şərtdir”.

Ekspert qeyd edib ki, bu prosesdə vətəndaşlarla yanaşı, dövlətin də müəyyən qazancı olacaq:

Çünki 100 minlərlə evin özəlləşməsi hər il dövlət büdcəsinə milyonlarla vəsaitin daxil olması deməkdir. Çünki sənədsiz evlərin alqı-satqısı zamanı dövlətə heç bir rüsum ödənilmirdi. Həmin evlər sənədləşdirildikdən sonra əmlak və ya torpaq vergisi dövlət büdcəsinə daxil ediləcək”.

“Bu qərarın başqa bir müsbət tərəfi ondan ibarətdir ki, evlər sənədləşdikdən sonra əmlak sahibləri asanlıqlar öz mülkləri üzərində qeydiyyata düşə, kommunikasiya xətləri ala biləcəklər. 

Bir sözlə, imzalanan yeni fərmanı həm ölkəmiz, həm dövlət büdcəsi, həm də vətəndaşlar üçün olduqca səmərəli hesab etmək olar”, – deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər