media-01ktg6zc6gwsdb2vexr37cyhqk

Son zəng günlərində bəzi şagirdlərin avtomobil idarə etməsi hər il müzakirə mövzusuna çevrilir. Yetkinlik yaşına çatmayan şəxs maşın sürərsə, hüquqi məsuliyyət necə müəyyənləşdirilir və cərimə valideynə tətbiq oluna bilərmi?

Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, sürücülük hüququ olmayan məktəblinin avtomobil idarə etməsi qanun pozuntusudur və məsuliyyət yaradır:

“Son zəng günlərində azyaşlı və ya yetkinlik yaşına çatmayan şəxslərin nəqliyyat vasitəsini idarə etməsi qanunvericiliyə ziddir. Əgər sürücülük hüququ olmayan məktəbli avtomobil idarə edərsə, inzibati məsuliyyət yaranır”.

media-media-media-img-20260331-wa0041-83rpyc-he86xs

Vəkilin sözlərinə görə, bəzi hallarda sürücülük hüququ olmayan şəxsə avtomobili bilərəkdən verən nəqliyyat vasitəsinin sahibi və ya valideyn də məsuliyyətə cəlb oluna bilər:

“Belə hallarda bəzi hallarda nəqliyyat vasitəsinin sahibi və valideyn də məsuliyyətə cəlb oluna bilər. Xüsusilə valideynin və ya avtomobil sahibinin bilərəkdən nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxsə verməsi müəyyən edilərsə, həmin şəxs barəsində də inzibati tədbir görülə bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər