media-dunbar-sayisi-1

Sosial şəbəkələrdə minlərlə dostumuzun olması bizi daha sosial etmir.

Patrul.az-ın araşdırmasına görə, texnologiya nə qədər inkişaf etsə də, insan beyninin qədimdən qalan bioloji limitləri dəyişməz olaraq qalır.

Britaniyalı antropoloq Robin Dunbar sübut edib ki, insan beyni eyni anda maksimum 150 nəfərlə mənalı və sabit sosial əlaqə saxlaya bilər. Bu bioloji limit elmdə “Dunbar Ədədi” adlanır.

Bu 150 nəfərlik sistem daxili dairədən – təxminən 5 yaxın dostdan başlayaraq mərhələli şəkildə genişlənir. Facebook və ya Instagram-da minlərlə izləyicimiz olsa da, beyin eyni anda bu qədər insanın emosiyalarını, həyat hekayələrini və münasibətlərini emal edə bilmir.

Mütəxəssislərin fikrincə, virtual aləmdəki böyük rəqəmlər çox vaxt sadəcə bir illüziyadır. İnsan beyni münasibətlərin keyfiyyətinə kəmiyyətindən daha çox önəm verir. Buna görə də sosial şəbəkələrdəki minlərlə əlaqə real həyatda qurulan azsaylı, lakin dərin münasibətləri əvəz edə bilmir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər