Bakıda qayda pozuntusu qəza təhlükəsi yaratdı - sürücü digər hərəkət iştirakçılarını riskə atdı
Patrul.az redaksiyasına müraciət edən izləyicimizin təqdim etdiyi videogörüntüdə 09.06.2026-cı il tarixində, saat 17:10 radələrində paytaxtın Süleyman Sani Axundov küçəsində qeydə alınan təhlükəli yol hərəkəti qayda pozuntusu əks olunub.
İddiaya görə, 90-YS-793 dövlət qeydiyyat nişanlı “Nissan Juke” markalı avtomobilin sürücüsü hərəkət zamanı ötmə əməliyyatı həyata keçirdikdən sonra üç zolaqlı yolda ən sol hərəkət zolağından birbaşa sağa dönmə manevri edib.
Videogörüntüdən görünür ki, sürücünün qəfil və qaydalara zidd manevri digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb. Nəticədə ərazidə hərəkətdə olan digər sürücülər toqquşmadan yayınmaq üçün ani reaksiya vermək məcburiyyətində qalıblar.
Qeyd edək ki, bu cür hərəkətlər yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
Günay Salayeva






