"OBA Plus"da OBİ qazandırmağa gəlir - VİDEO
Bu il fəaliyyətinin 10 illiyini qeyd edən 10 ilin qonşusu “OBA” marketlər şəbəkəsində yeniliklər davam edir. “OBA Plus” mobil tətbiqində müştərilərimiz üçün yeni “OBİ topla, bonus qazan” kampaniyasına start verilir.
Kampaniyanın məqsədi müştəriləri mobil tətbiqdən daha aktiv istifadə etməyə təşviq etmək və onlara əlavə bonus qazandırmaqdır.
Kampaniyanın qaydaları çox sadədir: müştəri kassada “OBA Plus” mobil tətbiqini oxudaraq minimum 5 AZN-lik alış-veriş etdikdə 1 OBİ qazanır. Toplanan hər 5-ci OBİ isə müştəriyə 1 bonus qazandırır. 1 bonus 1 AZN dəyərindədir.
Qeyd edək ki, müştəri gün ərzində maksimum 1 OBİ əldə edə bilər. OBİ toplamaq üçün hər gün alış-veriş etmək vacib deyil. Ay ərzində müxtəlif günlərdə edilən alış-verişlər də nəzərə alınır. Tütün məmulatları, alkoqollu içkilər və şans oyunları üzrə alışlar kampaniyaya daxil deyil.
Ayın sonunda toplanmış bütün OBİ-lər sıfırlanır. Müştəri ay ərzində hər gün minimum 5 AZN-lik alış-veriş edərsə, aylıq maksimum 6 bonus qazana bilər.






