Sosial eksperiment gözlənilməz nəticə verdi!
Yolda qalan motosiklet sürücülərinə digərlərinin necə reaksiya verəcəyini öyrənmək məqsədilə maraqlı bir sosial eksperiment keçirilib. Təcrübə zamanı motosiklet xarab olmuş kimi göstərilib və digər sürücülərin köməyə gəlib-gəlməyəcəyi müşahidə edilib.
Patrulaz.az xəbər verir ki, nəticələr isə gözləniləndən də təsirli olub! Qısa müddət ərzində bir çox motosiklet sürücüsü dayanaraq kömək təklif edib, problemi öyrənməyə və həll etməyə çalışıb. Bu eksperiment bir daha göstərdi ki, cəmiyyətdə həmrəylik, dostluq və yardımsevərlik yüksək səviyyədədir.
Sürücülərin bir-birinə göstərdiyi dəstək sosial şəbəkələrdə də müsbət rəylərlə qarşılanıb. İzləyicilər bu cür birlik və yardımlaşmanın cəmiyyətin digər sahələrində də nümunə olmalı olduğunu vurğulayıblar.
Motosiklet istifadəçiləri bir daha sübut etdilər ki, yolda heç kim tək deyil!